İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanın ən gənc bölgələrinin adlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ekspert ən gənc bölgənin Yardımlı, Xocavənd və Xocalı olduğunu xüsusi vurğulayıb:
"Azərbaycan üzrə 14-29 yaşlı gənclərin ümumi əhalidə payı 23.7% təşkil edir. Bölgələr üzrə baxdıqda, ən gənc bölgələr Yardımlı, Xocavənd və Xocalıdır. Hər 3 bölgə üzrə 14-29 yaş qrupunun payı 29% ətrafındadır. Ən aşağı göstərici Bakı (20.4%), Mingəçevir (21,3%), Sumqayıt (21.5%) və Naftalan (21.6%) şəhərlərində qeydə alınıb”.
Rövşən Ağayev bildirib ki, 14-29 yaşlı gənclərdə qızların payının ən yüksək olduğu bölgə Şahbuzdur:
"Sahbuzda 54.1%. Qızların payının ən aşağı olduğu bölgə isə Naftalan şəhəridir - 45.2%”.
Bahar Rüstəmli
Şərhlər