Xəbər lenti

İran - Azərbaycan sərhəddində 10.8 kq narkotik
Ölkə17:13 25.11.2014

İran - Azərbaycan sərhəddində 10.8 kq narkotik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Qaynar.info Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tarixdə həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycana gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılmışdır.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaynar.info