Xəbər lenti

İran - Azərbaycan sərhədində GƏRGİNLİK
Ölkə20:01 07.11.2013

İran - Azərbaycan sərhədində GƏRGİNLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Culfa gömrüyündə Azərbaycan vətəndaşları Naxçıvana buraxılmır”.

Bu barədə “Azadlıq” radiosuna məntəqədə olan Naxçıvan sakini Vahid Həsənov məlumat verib:

“Mən öz maşınımla səhər tezdən Bakıdan Astara gömrüyünə gəldim. Oradan keçib İran ərazisi ilə Culfa gömrüyünə qədər gəldim, amma buradan bizi buraxmırlar. Haradasa 2 minə yaxın adam yığılıb, heç kimi buraxmırlar” - deyə V.Həsənov vurğulayıb.

Vahid Həsənovun sözlərinə görə, İran tərəfi yaranan problemi noyabrın 5-də sərhəddə baş verən insidentlə əlaqələndirir.

Naxçıvanın rəsmi “Şərq qapısı” qəzetinin yazdığına görə, noyabrın 5-də Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayı üzərində sahilbərkitmə işləri aparan traktora İran ərazisindən atəş açılıb. Azərbaycan sərhədçiləri hadisə yerində olublar. Müəyyən edilib ki, güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Qəzet hadisə ilə bağlı qarşı tərəfin məlumatlandırıldığını və izahat tələb edildiyini yazır.

Culfa Gömrük Məntəqəsindən isə radioya bildiriblər ki, əhalinin İrandan Naxçıvana keçməsində hər hansı problem yoxdur: “Naxçıvandan İrana keçmək istəyənləri buraxmırlar”.

Qaynar.info