Xəbər lenti

İran Azərbaycanla keçid məntəqələrini bağlayıb
Ölkə07:41 08.11.2013

İran Azərbaycanla keçid məntəqələrini bağlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın İranla olan sərhəd-keçid məntəqələrinin bağlanması barədə ilkin və dəqiqləşdirilməmiş məlumatlar yayılıb. Biləsuvar keçid məntəqəsindən Azərbaycan siyasətinin fəallarından olan oxuculardan biri musavat.com-a zəng vuraraq bildirib ki, hazırda bu sərhəd-keçid məntəqəsi bağlıdır: "Burada 2 minə yaxın adam növbə gözləyir. Dünəndən bağlanıb. Bunun səbəbi barədə heç nə deyilmir. Burada danışırlar ki, İranın təşəbbüsü ilə bütün sərhəd məntəqələri bağlanıb. İnsanlar çətin durumdadır."

Culfadakı mənbə isə musavat.com-a deyi ki, burada gəzən söhbətlərə görə, bunun səbəbi İranla Azərbaycan arasında yaranan ciddi bir skandaldır. O, deyib ki, 7 noyabrda İranın Culfa ilə sərhəd-təmas xəttindəki neytral zonada iranlı traktorçular iş görürmüş. Azərbaycan tərəfi dəfələrlə edilən xəbərdarlıqdan sonra onlara atəş açıb. Nəticədə iki iranlı traktorçu ölüb. Bundan dərhal sonra İran bütün sərhəd keçid məntəqələrini bağlayıb. Xatırladaq ki, az öncə İranın Naxçıvana atəş açması barədə saytlarda xəbərlər dərc olunmuşdu.


Qaynar.info