
Azərbaycan və Naxçıvandan çoxsaylı insan müalicə məqsədi ilə Təbriz şəhərinə gəlir. Onların İranda müalicə xərclərinin azalması və yolun daha da qısaldılması məqsədi ilə Culfa şəhərində iki xəstəxana tikiləcək.
Trend-in məlumatına görə, bunu "Araz" Azad İqtisadi Zonasının Mədəniyyət, sosial və turizm üzrə rəis müavini Adil Nəcəfzadə Azərbaycandan bu zonaya səfər etmiş jurnalistlərə deyib.
Araz İqtisadi zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayır və Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Araz İqtisadi Zonasının Culfa şəhəri ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli - Xudafərin bölgəsində yerləşir.
Nəcəfzadə bildirib ki, Araz İqtisadi Zonasının tərkibində olan Culfa şəhərində tikiləcək həmin iki xəstəxanada kardiologiya, daxili xəstəliklər, göz xəstəlikləri, stomotologiya, sonsuzluq kimi xəstəliklərin müalicəsini aparmaq mümkin olacaq.
Qaynar.info