
İranın Sərhəd Qoşunlarının komandanı Hüseyn Zülfüqari Azerbaycan mediasını tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, general həmçinin bu gün baş verən sərhəd problemlərinin səbəblərindən də danışıb.
Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini bağlayıb. Bu addım Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb.
Xatırladaq ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.
Məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayıb.
Qaynar.info