Xəbər lenti

İran səfirliyindən “Talışıstanın səsi” açıqlaması
Ölkə13:18 27.03.2013

İran səfirliyindən “Talışıstanın səsi” açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Qarabağ separatçılarının martın 20-dən Şuşa şəhərində “Talışıstanın səsi” adlı radio yayımlamağa başlaması ilə əlaqədar açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır: “İrana qarşı olan bəzi İran vətəndaşları da dünyanın bir çox KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin “Talışıstanın səsi” adlı radioda olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz”.

Qaynar.info