
Yalnız gündəlik neft hasilatımız 4 mln. barrelə çatdıqdan sonra biz neft hasilatının dondurulması ilə bağlı danışıqlara başlaya bilərik.
Qaynar.info APA-ya istinadən bildirir ki, bu barədə bu ölkənin neft naziri Bican Zənganə deyib.
"Gündəlik neft hasilatımız 4 mln. barrel səviyyəsinə çatana qədər bizdən əl çəksinlər. Bundan sonra biz danışıqlar aparmağa hazırıq", - deyə nazir qeyd edib.
Qeyd edək ki, bu gün Rusiyanın energetika naziri Aleksandr Novak Tehrana rəsmi səfərə gəlir. Rusiyanın "İnterfax" agentliyi yazır ki, səfər çərçivəsində rusiyalı nazir B. Zənganə ilə görüşəcək. Görüş çərçivəsində neft hasilatının dondurulması müzakirə olunacaq.
Əlavə edək ki, İran hazırda gündə 2,3 mln. barrel neft hasil edir.
Qaynar.info