Xəbər lenti

İran təyyarələrdə bütün elektron rabitə vasitələrini qadağan edir
Dünya 18:35 12.10.2024

İran təyyarələrdə bütün elektron rabitə vasitələrini qadağan edir

İranda çobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində hər hansı elektron rabitə vasitələrinin gətirilməsi qadağan edilib. 

Qaynarinfo xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu deyib.

Yazırlunun bəyanatı İranın oktyabrın əvvəlində İsrailə raket hücumundan və sentyabrın ortalarında Livanda peycerlərin kütləvi şəkildə bombalanmasından sonra Yaxın Şərq regionunda gərginliyin artması fonunda verilib.

"Təyyarənin göyərtəsində mobil telefonlar istisna olmaqla, hər hansı elektron rabitə vasitələrinin həm əl yükündə, həm də yoxlanılan baqajda aparılması qadağandır", deyə ISNA agentliyi Yazırludan sitat gətirib.

Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər və telsizlər partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. "Hizbullah" və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, onların iştirakını nə təsdiq, nə də təkzib edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->