Xəbər lenti

İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzərdə birgə təlimi başa çatdı
Ölkə 19:32 23.07.2025

İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzərdə birgə təlimi başa çatdı

İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər dənizində keçirilən birgə təlimi başa çatıb.

"Report” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"CASAREX 2025” birgə dəniz təlimləri manevrlərdə iştirak edən gəmilərin Xəzər dənizində İranın "Separ" qərargah gəmisi qarşısından təntənəli keçidi ilə başa çatıb", - agentlik bildirib.

Qeyd edək ki, birgə təlimlər iyulun 21-də Xəzər dənizində başlayıb. Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında "Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" şüarı altında keçirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->