Xəbər lenti

İran Xəzərdə hərbi dəniz təlimləri keçirir
Ölkə13:32 08.07.2013

İran Xəzərdə hərbi dəniz təlimləri keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran Xəzər dənizində "Sustainable Security 2013" adlı hərbi dəniz təlimlərinin keçirilməsinə başlayıb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Komandirlərin sözlərinə görə, beş gün davam edəcək təlimlər dəniz yollarının qorunmasına, ticarət gəmilərinin və tankerlərin təhlükəsizliyinin təmin olunmasına, o cümlədən, mümkün təhlükələrə qarşı hərbi və liman qurğularının hazırlığının təmin olunmasına yönəldilib.

Təlimlər Gilan və Mazandaran əyalətlərinin hərbi dəniz qüvvələrinin əməkdaşlığı nəticəsində Astara, Noşəhr, Ənzəli və Əmir Abad liman şəhərlərində keçirilir.