
İranda “əxlaq qayda”larını pozmuş 170 nəfər, o cümlədən 59 fotoqraf və vizajist, 58 model və 51 dizayner haqda araşdırma aparılır.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, internet araşdırmaları aparan “Gerdab” qrupu sayəsində “İnstagram”da öz şəkillərini yerləşdirən 8 model: Elham Ərəb, Məlikə Zamani, Nilufər Behbudi, Dünya Muqədəm, Dana Nik, Şəbnəm Moləvi, Elnaz Qolrokx və Həmin Fədai (siyahıda yeganə kişi) həbs olunub.
Həbs olunanlardan Elham Ərəbin məhkəmə prosesi televiziya ilə canlı yayımlanır. O, proses zamanı "özümü hicabsız təsəvvür etmirəm” – deyə açıqlama verib.
O, çəkilişlər üçün 3 min dollar qonorar aldığını da etiraf edib. Qeyd edək ki, əvvəllər ancaq Facebook, Twitter-də hicabsız foto yerləşdirənlərin səhifələri monitorinq edilirdisə, son vaxtlar İnstagram və WhatsApp-da da aktivlik edirlər.
Qaynarinfo.az


