Xəbər lenti

İranda baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur
Ölkə06:32 08.01.2020

İranda baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb. 
Bunu "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.
Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı həlak olub.