Xəbər lenti

İranda daha bir milli fəal məhkəməyə çağırıldı
Ölkə08:53 17.05.2023

İranda daha bir milli fəal məhkəməyə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi məhkəməyə çağrılıb.
Qaynarinfo xəbər verir ki, İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəaldan 5 gün ərzində Əhər şəhərinin İnqilab prourorluğunun 3-cü bölməsinə getməsi istənilib.
O, "yalan məlumat yaymaq"da ittiham olunur.
Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. O, 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərəbst buraxılıb.