Dünya 17:57 17.11.2022

İranda etirazçılar polis generalını öldürdü

İranda polis generalı etirazçılar tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, hadisə bu gün günorta saatlarında Sənəndəc şəhərində baş verib. Polis generalı Həsən Yusifi bıçaq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun xəstəxanada öldüyü bildirilib.

Faktla bağlı cinayət işi başlanıb. Qətli törədən şəxslərin axtarışı davam edir