Xəbər lenti

İranda iki azərbaycanlı fəal yoxa çıxdı
Ölkə17:24 23.06.2019

İranda iki azərbaycanlı fəal yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Güney azərbaycanlı milli-mədəni fəallar Səccad Şoheyri və Musa Ziyagərgəri saxlanılıb.
Təhlükəsizlik qüvvələri Sulduzda Musa Ziyagərgərinin evinə hücum çəkərək onu saxlayıb, evində axtarış aparıblar.
Urmiyədə tutulan Səccad Şoheyrinin isə hansı şəraitdə saxlandığı barədə məlumat yoxdur.
Deyilənlərə görə, hər iki fəal yaxalanmadan öncə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib.
Qeyd edək ki, fəalların harada saxlanıldığı bilinmir. (Axar.az)