Sağlamlıq 21:43 16.08.2022

İranda meymunçiçəyinə ilk yoluxma qeydə alındı

İranın cənub-qərbində yerləşən Əhvaz vilayətində meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, virusun aşkarlandığı 34 yaşlı qadının dərisi üzərində zədələr müşahidə olunub. Qadın dərhal karantinə alınıb və son analizlər təsdiqləndikdən sonra hazırda ev şəraitində müalicə olunur.

İranın Səhiyyə Nazirliyi meymunçiçəyinin çox ölümcül olmadığını bildirib.