Xəbər lenti

İrandan gətirilən 8500 kq xurma yararsız çıxdı
Ölkə19:38 22.03.2021

İrandan gətirilən 8500 kq xurma yararsız çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Qaynarinfo-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İrandan ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı 8435.2 kq "Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.