Xəbər lenti

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı
Ölkə17:29 10.03.2020

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan Qaynarinfo-ya bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.
Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.