Xəbər lenti

İrandan yeni qırıcı təyyarə (FOTO)
Ölkə06:40 02.02.2013

İrandan yeni qırıcı təyyarə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran yeni təkmilləşdirilmiş qırıcı təyyarəsini təqdim edib. Bu barədə şənbə günü İranın "iribnews" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

"Qaher-313" (Qalib-313) adlı qırıcı təyyarə şənbə günü 1979-cu il İslam inqilabının qələbəsinin ildönümü münasibətilə keçirilən "Şəfəq" bayram tədbirində təqdim edilib.

İran Prezidenti Mahmud Əhmədinejad və bir sıra yüksək rütbəli dövlət məmurları tədbirdə iştirak ediblər. İranın müdafiə naziri Əhməd Vahidinin sözlərinə görə, "Qaher-313" müasir qırıcıdır.

Təyyarə konstruksiyasına görə Amerika istehsalı olan F/A-18 qırıcısına oxşar olsa da, zahiri görünüşcə F-5E / F Tayger II-ə bənzəyir.

Nazirin sözlərinə görə, yeni biryerlik bombardmançı düşmən təyyarələrini izləyə, döyüşlərdə iştirak edə, yerdəki hədəfləri lokallaşdıra, silah və döyüş sursatı daşıya bilir.

Son illərdə İran müdafiə sahəsində böyük uğurlara nail olub və hərbi texnika və müdafiə sistemlərini sərbəst şəkildə istehsal edir.

İranın ilk qırıcı təyyarəsi "Azarakş" (İldırım), ondan sonrakı isə "Saeqa" (İldırım zərbəsi) olub. İran "Saeqa" qırıcı-bombardmançılarının ilk eskadrilyasını 2010-cu ilin sentyabrında təqdim edib.

Tehran dəfələrlə başqa dövlətləri, xüsusilə qonşu ölkələri onun hərbi gücünün onlar üçün təhlükə törətmədiyini, yalnız müdafiə xarakteri daşıdığını bəyan edib.

Trend