Xəbər lenti

İranın dövlət televiziyası ölkəni bir-birinə qatdı
Ölkə16:55 02.02.2018

İranın dövlət televiziyası ölkəni bir-birinə qatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran dövlət televiziyasına dəvət alan qadın ekspertlərdən biri çıxışında skandala səbəb olan yaradacaq açıqlamalar verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ekspert evli qadınlara verdiyi məsləhəti ilə tamaşaçıların qəzəbinə tuş gəlib.
"Əgər, əriniz narkotik aludəçisidirsə və şiddətə məruz qalırsınızsa, ərinizin ayaqlarını öpün və həyatınızda möcüzənin şahidi olun. Belə etsəniz ərinizin stresi daha az olar və infarkt keçirməsinin qarşısını ala bilərsiniz", - deyə o, bildirib.
Bu sözlərindən sonra ekspert sosial şəbəkələrdə kəskin şəkildə tənqid olunub. Gərginliyin artması səbəbindən kanal bütün tamaşaçılardan üzr istəyib.