Xəbər lenti

İranın Ermənistan vasitəsi ilə Gürcüstana qaz satmasına Energetika Nazirliyindən münasibət
Ölkə10:22 28.07.2016

İranın Ermənistan vasitəsi ilə Gürcüstana qaz satmasına Energetika Nazirliyindən münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İran müstəqil dövlətdir, onun öz maraqları var və bu maraqlara uyğun olaraq addımlar atır". 

Bu fikirləri "Qaynarinfo.Az"a Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva İranın Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalamasına münasibət bildirərkən deyib.

Qurum rəhbərinin sözlərinə görə, Azərbaycanın İran, Gürcüstan və digər region ölkələri ilə bərabər səviyyəli enerji əməkdaşlığı var: "Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Azərbaycan, Rusiya, İran prezdentlərinin görüşü olacaq. Prezidentlərin görüşü bu məsələlərə öz töhfəsini verəcək".

Qeyd edək ki, İran İslam Respublikası Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalayıb. Sazişə görə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır.

Qızılgül

Qaynarinfo.Az