Xəbər lenti

İranın gənclər və idman naziri Bakıya gəldi
Ölkə06:18 09.07.2013

İranın gənclər və idman naziri Bakıya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İranın gənclər və idman naziri Məhəmməd Abbasinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirinin müşaviri Seyid Əli Mürsəvi bildirib. Onun sözlərinə görə, səfər Azərbaycanın idman və gənclər naziri Azad Rəhomovun dəvəti əsasında baş tutub. Görüş çərçivəsində tərəflər iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da genişlədirilməsi yollarını müzakirə edəcəklər. İran nümayəndə heyəti bu sahədə öz təcrübələrini Azərbaycandan olan həmkarları ilə bölüşəcək.

Görüşün sonunda nazirlər tərəfindən iki ölkə arasında əməkdaşlığına dair fəaliyyət proqramı imzalanacaq.

Qeyd edək ki, səfər çərçivəsində nazir Məhəmməd Abbasi Azərbaycandakı idman mərkəzlərinin fəaliyyəti ilə tanış olacaq.

Səfər iyulun 11-də başa çatacaq.

Qaynar.info