İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani deyib.
O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib: "PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.
B. Barzani, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AK Parti) hakimiyyətə gəldiyi ilk gündən etibarən sabitlik üçün çalışır.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarını təslim olmağa çağırıb.
Şərhlər