Xəbər lenti

İraq vətəndaşı Ermənistanda özünü və iki polisi güllələdi
Dünya 11:44 20.07.2024

İraq vətəndaşı Ermənistanda özünü və iki polisi güllələdi

Ötən gecə əcnəbi şəxs Ermənistanın Kotayk vilayətində polis bölməsində avtomat silahından atəş açıb, nəticədə iki polis əməkdaşı yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxs barədə daxil olan məlumatdan sonra polisə aparılıb. Polis bölməsində o, işçilərdən birindən avtomatı götürərək özünə atəş açmağa cəhd edib, sonra isə ətrafa atəş açıb. Nəticədə özü və iki polis əməkdaşı güllə yarası alıb. Faktla bağlı xidməti araşdırmalara başlanılıb.

Məlumata görə, atəş açan şəxs İraq vətəndaşıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->