“İRƏLİ” İctimai Birliyinin Kitab Klubu Zero Kitab Evinin dəstəyi ilə “Kitab Qurdu” layihəsinə start verir.
Layihənin əsas məqsədi gəncləri kitab oxumağa həvəsləndirmək, sağlam ədəbiyyat nümunələrini gənclər arasında təbliğ etmək, kitab oxuma vərdişini gənclər arasında yaymaq, gənclərə kitab oxumağı həyat tərzinə çevirməyə yardım etməkdir.
“Kitab Qurdu" layihəsi çərçivəsində 2 aylıq tədris proqramı əsasında seminarlar, müzakirələr və görüşlər təşkil olunacaq. Layihəni uğurla başa vuran iştirakçılar diplomlarla təltif olunacaqlar.
Layihədə iştirak etmək istəyən şəxslər 15.03.2014-cü il tarixinədək elektron müraciət formasını dolduraraq müraciət edə bilərlər.
http://ireli.az/activity/events/20140306034735665.html