Xəbər lenti

İrəvanda Lənkəran çayı satılır: Ermənilər baş sındırır...
Ölkə09:51 21.11.2014

İrəvanda Lənkəran çayı satılır: Ermənilər baş sındırır...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənilər Azərbaycana nifrət etsələr də, azərbaycanlıların istehsal etdiyi ərzaq məhsullarını həvəslə alırlar. ANS PRESS-in məlumatına görə, erməni mətbuatı İrəvanın bir neçə supermarketində Azərbaycanın məşhur Lənkəran çaylarının satılmasından yazıb. 
Məsələ Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ərzaq məhsullarının təhlükəsizliyi xidmətinin də diqqətini cəlb edib. Xidmətin mətbuat katibi Armine Sukiasyan bildirib ki, hazırda Azərbaycandan Ermənistana satış üçün heç bir ərzaq gətirilmir. Amma o, əhalinin çantalarla Gürcüstandan Azərbaycan məhsullarını daşımasını da istisna etməyib. 
İrəvanda satılan Lənkəran çaylarına gəldikdə isə o, həmin çayların Kubandan gətirildiyini vurğulayıb. 
Qaynar.info