Xəbər lenti

İrəvandakı partlayışın arxasında kim dayanır? - ŞƏRH
Ölkə12:18 26.04.2016

İrəvandakı partlayışın arxasında kim dayanır? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İrəvanda terror aksiyasının arxasında kim dayanır? İndi bu sual ətrafında başlarını sındırırlar, hələ ki, konkret ad çəkmirlər, ancaq yaxın günlərdə hansı ölkənin adını tələffüz edəcəkləri sirr deyil".

Qaynarinfo.az xəbər verir ki bu barədə şərhi politoloq Elxan Şahinoğlu verib.

Elxan Şahinoğlunun sözlərinə görə, İrəvanda avtobusun partlaması və bunun nəticəsində 2 nəfərin ölümü və xeyli sərnişinin yaralanması Ermənistan hakimiyyətində, parlamentində və cəmiyyətində ciddi suallar yaradıb: "Əsas sual budur ki, “cəbhə bölgəsində vəziyyətin gərginləşməsi fonunda İrəvanda terror aksiyasının arxasında kim dayanır?” İndi bu sual ətrafında başlarını sındırırlar, hələ ki, konkret ad çəkmirlər, ancaq yaxın günlərdə hansı ölkənin adını tələffüz edəcəkləri sirr deyil". 

Politoloqun fikrincə, əslində bu terrordan yararlanmaq istəyənlərin məqsədi Ermənistanı “terror qurbanı” kimi göstərməkdir: "1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi və nəticədə öldürülən siyasi fiqurların əvəz edilməsi kim(lər)in planı idisə, dünənki partlayışın arxasında da eyni güclər dayanır. “İrəvanda avtobusun partladılması kim(lər)ə sərf edir” sualının cavabını da məhz bu istiqamətdə axtarmaq lazımdır, məşhur filmdə deyildiyi kimi, “yenə eyni dalğa və eyni koordinat”".

Qaynarinfo.az