Xəbər lenti

Şirvanda 34 min manatlıq naqil oğurlandı, üç nəfər saxlanıldı
Ölkə14:51 06.07.2026

Şirvanda 34 min manatlıq naqil oğurlandı, üç nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.