Xəbər lenti

İş adamı qarət olundu
Ölkə08:00 07.06.2013

İş adamı qarət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda iş adamının evindən külli miqdarda pul oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, bu il aprelin 21-də, Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü İlkin Quliyevin evindən 21 min manat, 100 min rus rublu və 5000 manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, oğru evə açar seçmə yolu ilə daxil olub.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1978-ci il təvəllüdlü Mayis Akif oğlu Mirzəyev iyunun 6-da tutularaq istintaqa təhvil verilib.
 
Polisdən həmçinin bildirilib ki, zərərçəkən İ. Quliyev biznesmendir.
 
Faktla bağlı araşdırma aparılır.

APA