Xəbər lenti

İş adamının oğlu Qənirə Ataşovaya hücum etdi
Ölkə06:39 06.05.2014

İş adamının oğlu Qənirə Ataşovaya hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS telekanalının əməkdaşı, tanınmış teleaparıcı Qənirə Ataşova avtoxuliqanların təzyiqinə məruz qalıb. Qaynar.info AzNews.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə tanınmış teleaparıcı Sumqayıt şəhəri ərazisində şəxsi avtomobilini idarə edərkən avtoxuliqanlar ona “hücum” ediblər.

Məlumata görə, avtoxuliqanlardan biri tanınmış iş adamlarından birinin oğludur və ANS rəhbərliyinin ciddi təzyiqlərindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.

Qənirə Ataşova hadisəni təsdiqləyib: “Bəli, Sumqayıtda avtoxuliqanların hücumuna məruz qaldım. Maşınımı sıxışdırdılar. Bu vaxt ərazidəki polislər onları saxlayıb tədbir görülməsi üçün aidiyyatı polis bölməsinə apardılar. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Qaynar.info