Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti "BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin paytaxt ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edir.
FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, bu il avqustun 1-dək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 santimetr və yuxarı şəxslər iyulun 12-13-də Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi-40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.
Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.