Xəbər lenti

İsa Muğannanın həyat yoldaşı danışdı
Ölkə21:37 31.03.2014

İsa Muğannanın həyat yoldaşı danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Heyf oldu İsa...”

Bunu yazıçının xanımı Aktual.az-a deyib.

Firuzə xanım bildirib ki, axşam saat 6 radələrində yazıçının halı birdən-birə pisləşib: "Ona qədər yaxşı idi. Çimmişdi, çörək yemişdi. Mətbəx tərəfə getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü ... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki, çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq. Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım. Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan sonra dedi ki, qərar Sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı, bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o cür kişi..."

Allah rəhmət etsin!

Qaynar.info