Xəbər lenti

İsa Qəmbər Müsavatdakı davanın araşdırılması barədə göstəriş verdi
Ölkə13:24 05.09.2013

İsa Qəmbər Müsavatdakı davanın araşdırılması barədə göstəriş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Partiyasının başqanı İsa Qəmbər Müsavat Partiyasında dünən gənclər arasında düşən davanın araşdırılması üçün tapşırıq verib.

Bu barədə Teleqraf.com-a Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu məlumat verib. M.Cavadoğlu davanın detalları barədə bilgisiz olduğunu deyib.

"Mübahisənin araşdırılması barədə başqan göstəriş verib. Araşdırma aparılır", - Cavadoğlu bildirib.

Qeyd edək ki, Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri dünən partiyanın qərargahında toplanaraq nəticəsi ləğv olunan seçkilərlə bağlı müzakirə aparıblar. Müzakirə zamanı mübahisə düşüb, gənclər əlbəyaxa olublar. Gəncləri aralamaq istəyən Təşkilatın üzvü, "Minval.az" saytının əməkdaşı Günel Rəhimliyə qarşı da kobudluq göstərilib. Xanım jurnalistin davada yüngül xəsarət aldığı bildirilir.

Qaynar.info