Eks Müsavat başqanı İsa Qəmbər Milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovu təbrik edib.
Fanat.az xəbər verir ki, İsa Qəmbər "facebook" səhifəsində Rəşad Sadıqova doğum günü təbriklərini çatdırıb.
İsa Qəmbər: "Bu gün Azərbaycanın ən önəmli futbolçusu Rəşad Sadıqovun doğum günüdür. Təbrik edirəm! Hər zaman bu fotodakı kimi yüksəklikdə olsun!
p.s. Biz siyasətçilər kimi futbol mütəxəssisləri də həvəskarlardan məsləhət eşitməyə adət ediblər. Mən də bir həvəskar kimi dəyərli məşqçimiz Qurban Qurbanova məsləhət vermək istəyirəm smile duyğusu
Bədavi Hüseynovu kənara satmasın, daha bir ucaboylu yaxşı mərkəz müdafiəçisi transfer etsin. Rəşad Sadıqovu isə yarımmüdafiənin mərkəzinə gətirmək lazımdır. O, bu mərhələdə meydanın mərkəzində daha faydalı ola bilər."
Xatırladaq ki, bu gün Rəşad Sadıqovun 33 yaşı tamam olur. Rəşad Sadıqov 16 iyun 1982-ci il də Bakıda anad olub.
Qaynar.info