Xəbər lenti

İsa Qəmbər və Arif Hacılı məhkəmədən çıxarıldı
Ölkə08:44 19.12.2013

İsa Qəmbər və Arif Hacılı məhkəmədən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Müsavat başqanı İsa Qəmbər və onun müavini Arif Hacılı da iştirak edib. Məhkəmə iclası başlayan zaman hakim Cavid Hüseynov İsa Qəmbərdən ayağa qalxmasını xahiş edib. Lakin İsa Qəmbər ayağa qalxmaq istəmədiyini və bu hərəkəti ilə hər hansı qayda pozmadığını bildirib.
 
Hakim bu dəfə də İsa Qəmbərdən ayağa qalmasını və zalı tərk etməsini tələb edib. Bundan sonra İsa Qəmbər zalı tərk edib. İsa Qəmbərin zaldan çıxarılması təqsirləndirilən və prosesdə iştirak edən şəxslər etirazla qarşılayıblar. Təqsirləndirən şəxslər buna etiraz olaraq hakimə arxalarını çeviriblər.
 
Hakim isə məhkəmədə kiminsə qayda pozmasının yolverilməz olduğunu, məhkəmə iclasının siyasi arena olmadığını bildirib. Bu zaman Arif Hacılı hakimə etiraz edib.
 
Hakim Arif Hacılıdan da məhkəmə zalını tərk etməsini istəyib. A.Hacılı hakimin tələbindən sonra zalı tərk edib.
 
Daha sonra hakim təqsirləndirilən Məmməd Əzizova ifadə verməyi təklif edib. Lakin o hakimə cavab verməyib. Hakim isə onun susmasını ifadə verməkdən imtina kimi qiymətləndirib.
 
Prosesdə fasilə elan olunub.

Qaynar.info