Xəbər lenti

İsa Qəmbərdən İbrahimbəyova təbrik
Ölkə12:30 05.02.2014

İsa Qəmbərdən İbrahimbəyova təbrik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovu 75 illik yubileyi münasibəti ilə təbrik edib

 
Qaynar.info-ya daxil olan təbrikdə R. İbrahimbəyova xitabən deyilir ki, siz Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan istedadlı yazıçılarımızdansınız. Sizin bədii əsərləriniz Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da nəşr edilib, pyesləriniz dünyanın məşhur teatrlarının səhnələrini bəzəyib. Siz müasir dünya kino sənətinin nüfuzlu simalarından birisiniz. Ssenari müəllifi olduğunuz “Günəşdən usanmışlar” filmi isə Amerika Kino Akademeyasının “Oskar” mükafatına layiq görülüb.

Xalqımız Sizi həm də ictimai-siyasi proseslərdə fəal iştirak edən bir ziyalı kimi tanıyır və dəyərləndirir. Hələ neçə il əvvəl Siz ölkədə baş verən haqsızlığa və dərəbəyliyə qarşı öz fikirlərinizi mətbuat səhifələrində söyləyərək cəmiyyətə önəmli mesajlar verdiniz.  “Ziyalılar Forumu” adlı qurum yaradaraq cəmiyyətin problemlərini müzakirəyə çıxarmaqla məşhur ziyalılarımızın ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etdiniz.  Milli Şura ideyasını irəli sürməklə demokratik qüvvələrin seçki prosesində iştirakının təmin edilməsinə ciddi dəstək verdiniz. Sizi yubileyiniz münasibətilə təbrik edir, yaradıcılığınızda və ictimai fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram.


Qaynar.info