
Məhkəmə icraçıları 12-26 yanvar aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılan və məhkəməyə cəlb edilməklə cərimələnən Turqut Qəmbərin (Müsavat başqanı İsa Qəmbərin oğlu) yaşadığı evə gəliblər.
Onlar T.Qəmbərin cəriməni ödəməsini tələb edirlər. O, məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.
Musavat.com-un məlumatına görə, İsa Qəmbər məhkəmə icraçılarını kandarda qarşılayaraq bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil. Məhkəmə icraçıları hələlik evə daxil olmayıblar.
Qaynar.info







