
Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni su elektrik stansiyası (SES) inşa ediblər.
APA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu günlərdə Laçın rayonu ərazisində inşa edilmiş «Syünik-4» adlı kiçik SES işə salınıb.
«Netrino» Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş stansiyaya Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən 15 illik lisenziya verilib.