Xəbər lenti

İşdən çıxarılan direktor Ramiz Mehdiyevi məhkəmə verdi
Ölkə07:49 11.02.2021

İşdən çıxarılan direktor Ramiz Mehdiyevi məhkəmə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib.
Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, buna səbəb Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Ə.Quliyevin bülletendə olduğu müddətdə onun R.Mehdiyev tərəfindən işdən çıxarılması olub. Onun yerinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov təyin olunub.
Bundan sonra Ə.Quliyev işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam edir.