
Bu gün saat 15-də saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidovun haraya aparıldığı bilinmir.
Bu barədə vəkil Yavər Hüseyn “Yeni Müsavat”a bildirib. Onun dediyinə görə, Daxili İşlər Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edib, lakin İsgəndər Həmidovun harada saxlandığı barədə informasiya əldə edə bilməyib: “Haraya müraciət ediriksə, deyirlər, İsgəndər Həmidovun saxlanmasından xəbərsizdirlər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a bildirdi ki, onlarda İsgəndər Həmidovun saxlandığı barədə məlumat yoxdur.
Qaynar.info