İŞİD terrorçuları Mosul şəhərində Adil ək-Şaiq adlı iraq jurnalistini edam edib.
Axar.az xəbər verir ki, bu barədə İraq Mətbuat Azadlıqları Təşkilatı məlumat verib. Məlumata görə, jurnalist başından güllələnib və Mosulda basdırılmasına icazə verilib.
Xatırladaq ki, terrorçular daha öncə təlimatlarına uyğun gəlməyən və təşkilat əleyhinə çalışan jurnalistləri edam edəcəyini açıqlamışdı. Bu günə kimi İŞİD terrorçuları 41 jurnalisti edam edib.
Qaynar.info