Xəbər lenti

İŞİD-in tərkibində vuruşan azərbaycanlıların işi məhkəmədə
Ölkə15:48 10.03.2015

İŞİD-in tərkibində vuruşan azərbaycanlıların işi məhkəmədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD və digər silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin - Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, cinayət işi üzrə materiallar hakim Ənvər Seyidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 16-a təyin edilib.
Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.
Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə cinayət işləri başlanılıb.
Qaynar.info