Xəbər lenti

İşıq pulu qalxmayacaq
Ölkə08:09 18.01.2014

İşıq pulu qalxmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda suyun və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir. 

Bunu aznews.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. 

Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir:  “Azərenerji”i və “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb”.   

Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevraın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı.   Onu da qeyd edək ki, Tarif Şurasından bir neçə gün öncə saytımıza verilən açıqlamada işıq, qaz və suyun qiymətinin qaldırılmasının ümumiyyətlə təşkilatın gündəmində olmadığı deyilmişdi.  

Qaynar.info