Xəbər lenti

İslam Hüseynov vəzifədən çıxarıldı
Ölkə17:59 06.03.2017

İslam Hüseynov vəzifədən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin sədri İslam Hüseynov təşkilatın sıralarından xaric edilib.

ÜAK-ın mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Konqresin Rəyasət Heyətinin qərarı ilə İ. Hüseynov təşkilatın Mərkəzi Şurasının üzvlüyündən çıxarılıb.

Buna səbəb kimi İ. Hüseynovun Ulyanov vilayət məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə (külli miqdarda dələduzluq etmək) mühakimə olunduğunu göstərib.

Qaynar.Az