Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tilllyayeva Daşkənddə keçirilən bədii gimnastika üzrə dünya kubokunun təntənəli açılışında iştrak edib.
Anspress-in məlumatına görə, bu barədə CA-NEWS agentliyi xəbər yayıb.
Lola Kərimova-Tillyayeva Özbəkistan bədii gimnastika Federasiyasının prezidenti və Asiya Gimnastika İttifaqının fəxri prezidentidir.
Lakin prezidentin qızı vəzifələri ilə yox böyük bacısı ilə yaşadığı qalmaqallarla məşhurdur. KİV qeyd edir ki, Lola Kərimova Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın martdan bu yana yoxa çıxmasından sonra sosial şəbəkələrdə fəaliyyətini artırıb. Lakin böyük bacısından fərqli olaraq Lola evdə baş verən qalmaqalları yaymaqla yox, daha çox xeyriyyə, mədəni və ictimai məsələlərlə bağlı paylaşımlar edir.
Bu ilin mart ayında Lola ilk növbədə Instagram səhifəsi açır və bildirir ki, “Həyata olan baxışları, fikirləri, müxtəlif müşahidələri, epizodlar, maraqlı hadisəlr, həyatından xəbərlər eləcə də rəngarəng, zövq oxşayan Özbəkistan şəkilləri paylaşacaq”. Hazırda onun səhifəsinin 10 mindən bir az çox izləyicisi var. Bundan əlavə Lolanın Facebook səhifəsi də var ki, burada 15 mindən çox oxucu var.
Qeyd edək ki, Lola Kərimovanın açılışında iştrak etdiyi dünya Kubokunda Azərbaycan da olmaqla Cənubi Koreya, Yaponiya, Rusiya, Latviya, Belarus, Bolqariya, Malayziya, CAR, İspaniya, İtaliya, Argentina, İsveşrə, Finlyandiya və s. ölkələr iştrak edir.
Qaynar.info



