Xəbər lenti

İslam ölkələrində matəm elan edilib
Ölkə05:49 23.07.2014

İslam ölkələrində matəm elan edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tehranda islam ölkələrinin parlamentlərarası iclasının dünənki toplantısında bu il Beynəlxalq Qüds gününün matəm elan edilməsi ilə bağlı yekun bəyanat verilib.

Qaynar.info-nun məlumatına görə, bu barədə SalamNews Mehr agentliyinə istinadən xəbər verir. 16 maddədən ibarət olan sözügedən yekun bəyanatda islam ölkələri məzlum Qəzza xalqına lazımi və yetərli yardım göstərməyə çağrılıb və fələstinlilərə yardım məqsədilə beynəlxalq şuraların, komitələrin yaradılmasının vacibliyi vurğulanıb.

Bəyanatda deyilir: “Məzhəbindən, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlar bütün ixtilaflarını bir kənara qoyaraq, bütün imkanlarını Fələstin xalqının müdafiəsinə sərf etməlidirlər.”

Bəyanatın sonuncu bəndində qarşıdan gələn cümə günü, yəni Beynəlxalq Qüds gününün bütün müsəlman ölkələrində matəm günü kimi qeyd edilməsi təklif edilib.

Xatırladaq ki, hər il Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüdsgünü kimi qeyd edilir. Qüds gününün keçirilməsi təşəbbüsü ilk dəfəolaraq İran İslam Respublikasının banisi Ayətullah Musəvi Xumeynitərəfindən verilib.

Qaynar.info