Xəbər lenti

İsmayıl Ömərov da getdi! - AÇIQLAMA
Ölkə13:12 19.04.2013

İsmayıl Ömərov da getdi! - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün İctimai Televiziyanın (İTV) baş direktorluğuna namizədlərin siyahıya alınması başa çatır.

Lent.az-ın məlumatına görə, hazırkı baş direktor İsmayıl Ömərov hələ də namizədliyini irəli sürməyib. Namizədlərin qeydə alınması isə saat 19:00-da başa çatır.

Məlumata görə, İ. Ömərov bir neçə gün öncə Yayım Şurasına son hesabatını verib. Bəzi məlumatlara görə, artıq bir neçə nəfər Milli Teleradio Şurasının elan etdiyi müsabiqəyə namizədliyini irəli sürüb.

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsi üçün elan olunan müsabiqəyə bu gün saat 19:00-a qədər sənəd qəbulu davam edəcək”. Bunu isə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov bildirib. Onun sözlərinə görə, müsabiqə başa çatan kimi namizədlər haqda açıqlama veriləcək.

Baş direktor vəzifəsinə seçkinin alternativlik şəraitində keçəcəyini bildirən T. Məmmədov onu da bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı rəhbəri İsmayıl Ömərovun müsabiqəyə sənəd verib-vermədiyi barədə onda məlumat yoxdur.

İsmayıl Ömərov: "Namizədliyimi verməyəcəm"

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru  İsmayıl Ömərov telekanalın baş direktorunun seçilməsi ilə bağlı élan olunmuş müsabiqədə iştirak etməyəcək. Bu barədə o, Modern.az-ın sorğusunu cavablandırarkən bildirib.

İ.Ömərov deyib: "Mənə belə gəlir ki, qanunda Baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da iki dəfə kifayətdir. Əvvəla Yayım Şurasının üzvləri də iki dəfə seçilir. Baş direktor niyə çox seçilməlidir. İctimai Teleradio Azərbaycanda yeni, dünyəvi bir modeldir və bu Avropa televiziya sisteminə inteqrasiya etmiş yeganə Azərbaycan kanalıdır. İndi onun Avropa ölkələrində çoxsaylı partnyorları var. Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm. Ona görə də namizədliyimi verməyəcəm. Kim seçilsə ona kömək etməyə hazıram. Təki İctimai Teleradionun milli strateji xətti qorunsun." 

Qaynar.info