Xəbər lenti

İsmayıl Ömərov kollektivlə vidalaşdı
Ölkə12:27 22.04.2013

İsmayıl Ömərov kollektivlə vidalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 22-də İsmayıl Ömərov baş direktoru olduğu İctimai Televiziya və Radio Yayımları Şirkətinin kollektivi ilə vidalaşıb. Mərasim şirkətin akt zalında keçirilib.

İctimai Teleradio yaranandan - 2005-ci ildən iki dəfə bu şirkətin baş direktoru seçilən İsmayıl Ömərovun ikinci səlahiyyət müddəti 2013-cü ilin aprelində başa çatıb. O, şirkətə yeni baş direktorun seçilməsi üçün keçirilən müsabiqəyə qatılmayıb.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası dörd namizəddən birini (Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu, Hüseynov Emin Rafik oğlu) şirkətin baş direktoru seçəcək./musavat.com/