Xəbər lenti

İsmayıl Vəliyev Neftçalanı tərk etdi - Rayondan qaçıb?
Ölkə13:21 24.06.2016

İsmayıl Vəliyev Neftçalanı tərk etdi - Rayondan qaçıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçalanın icra başçısı İsmayıl Vəliyev rayonu tərk edib. Bu barədə Qaynarinfo.az-a rayondakı mənbələrdən məlumat verilib.
Bildirilir ki, ötən həftənin sonunda Neftçalanı tərki edən icra başçısı yenidən eyni addımı atıb. İsmayıl Vəliyev rayondan getməsini yenə eyni səbəblə - istirahətlə əlaqələndirib. Amma icra başçısının bir həftə ərzində iki dəfə eyni səbəblə rayonu tərk etməsi müəyyən şübhələrə səbəb olub. Neftçalada yayılan söz-söhbətlərə görə İsmayıl Vəliyev rayona qayıtmayacaq.
Məlumat üçün qeyd edək ki, son günlər Neftçalada vəziyyət gərgindir. İcra başçısı bəzi məmurlarla yola getmir ki, bu da vəziyyətin günü-gündən pisləşməsinə səbəb olur.
Qaynarinfo.az